Pediatr-neonatoloq-reanimatoloq Dr.Telman Aytayev - “Həkimlərimizi tanıyın!”

Hit: 1212
Pediatr-neonatoloq-reanimatoloq Dr.Telman Aytayev - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-neonatoloq-reanimatoloq Dr.Telman Aytayevi təqdim edirik.

 
DR.TELMAN AYTAYEV Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində sağlam uşaq təqibi, uşaqlarda peyvəndlərin aparılması, uşaqlarda qaraciyər transplantasiyasından əvvəl və sonra təqibin edilməsi, infeksion xəstəliklərin diaqnozu və müalicəsi, az çəkili və ya vaxtından erkən doğulmuş uşaqların müalicəsi və təqibini, uşaqlarda allergiya xəstəliklərinin diaqnozu və müalicəsini həyata keçirir.
 
Dr. Telman Aytayev 2004-cü ildə Türkiyə Atatürk Universitetinin Tibb fakültəsini bitirmiş, 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin pediatriya bölməsində təhsilini davam etdirmişdir. 2016-2017-ci illərdə Türkiyədə Konya Meram Tibb fakültəsinin neonatologiya şöbəsini uzman pediatr kimi bitirmişdir. O, 2010-2012-ci illərdə Ərzincan Dövlət Xəstəxanası və Ərzincan Universitetində uzman pediatr, 2012-2015-ci illərdə özəl tibb müəssisələrində, 2015-2017-ci illərdə Necmettin Erbakan Universitetində Meran Tibb Fakültəsində Pediatriya bölümünün Neonatologiya şöbəsində uzman pediatr kimi fəaliyyət göstərib. Dr. Telman Aytayev 2017-ci ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi vəzifəsində çalışır. 
 
Dr.Telman Aytayev öz üzərində daim çalışır, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edir, bilik və təcrübəsini artıraraq öz fəaliyyətində tətbiq edir. O, 2018-ci ildə Türkiyənin Belek bölgəsində 11-ci Beynəlxalq Uşaq İnfeksion xəstəlikləri konqresində, 2018-ci ildə 62-ci Türkiyə Milli Pediatriya konqresində və 2019-cu ildə Niderlandın Mastriçt şəhərində Avropa Neonatoloji Cəmiyyətinin 3-cü konqresində, 2022-ci ildə Türkiyə Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasının Girnə şəhərində keçirilən 66-cı Milli Pediatriya konqresində iştirak etmişdir. 
 
Dr. Telman Aytayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.








Redaktorun seçimi