Həkim- nefroloq Şəbnəm Qədməliyeva - Həkimlərimizi tanıyın!

Hit: 1039
Həkim- nefroloq Şəbnəm Qədməliyeva - Həkimlərimizi tanıyın!

Nefrologiya və Efferent Terapiya şöbəsinin həkim- nefroloqu Şəbnəm Qədməliyevanı Sizə təqdim edirik

Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Nefrologiya və Efferent Terapiya şöbəsinin nefroloqu Şəbnəm Qədməliyevanı Sizə təqdim edirik. Dr.Şəbnəm Qədməliyeva 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. ATU-nu fərqlənmə diplomu ilə bitirən Şəbnəm həkim təhsilini 2018-2022-ci illərdə Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində nefrologiya ixtisası üzrə rezidenturada davam etdirib. 
 
Şəbnəm həkim rezidenturada təhsil aldığı dövrdə kuratoru Efferent terapiya şöbəsinin rəisi, həkim nefroloq Dr.Mirmənsim Məmmədovun rəhbərliyi altında nefrologiyanın müxtəlif sahələrinin sirlərini öyrənib, eləcə də Cərrahiyyə və Transplantasiya şöbəsinin rəisi, cərrah transplantoloq Dr.Mircəlal Kazıminin köməkliyi ilə ilə böyrək transplantasiyası üzrə praktiki biliklərə yiyələnib.
 
Şəbnəm həkim daim tibbin son nailiyyətlərini öyrənir, bilik və bacarıqlarını zənginləşdirir. O, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən elmi tədbirlərdə, konfrans və konqreslərdə, o cümlədən tədbirlərin mövzuları ətrafında müzakirələrdə yaxından iştirak edir. 
20 dekabr 2022-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-nefroloq kimi fəaliyyətə başlamış Dr.Şəbnəm Qədiməliyevanı bu münasibətlə təbrik edir və ona fəaliyyətində uğurlar arzulayırıq!








Redaktorun seçimi