Dr.Aynur Səfiyeva “Anal fistullarda botoks müalicəsi” mövzusunda çıxış edib

Hit: 746
Dr.Aynur Səfiyeva “Anal fistullarda botoks müalicəsi” mövzusunda çıxış edib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.ü.f.d., Dr.Aynur Səfiyeva 16 dekabr 2022-ci il tarixində Azərbaycan Tibb Universitetində III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş
“Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda elmi-praktik beynəlxalq konfransda “Anal fistullarda botoks müalicəsi” mövzusunda çıxış edib. 
 
Dr.Aynur Səfiyeva çıxışında bu müalicə üsulunun gələcəkdə tətbiqi və inkişafı barədə ətraflı məlumat verib. Onun təqdimatı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Eyni zmanada konfransın məruzəçiləri arasında Türkiyədən, Rusiyadan və digər ölkələrdən gələn mütəxəssislər yer alıb.








Redaktorun seçimi