Dr.Naidə Novruzova IV Diabet Texnologiyaları Simpoziumunda iştirak edir

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova 15-17 dekabr 2022-ci il tarixlərində Türkiyənin Hacettepe Universitetinin Tibb Fakültəsi və Türkiyə Ege Universiteti Tibb Fakültəsinin, Türkiyə Diabet Cəmiyyətinin, Türkiyə Uşaq Endokrinoloji və Diabet Dərnəyinin təşkilatçılığı Türkiyənin Ankara şəhərində keçirilən IV Diabet Texnologiyaları Simpoziumunda iştirak edir.
Getdikcə mürəkkəbləşən şəkərli diabet xəstəliyinin müalicəsində yeni müalicə üsualları və texnologiyaları işlənib hazırlansa da, bu xəstəliyin qarşısının alınmasında daha yeni texnologiyaların tətbiqi günü-gündən inkişaf edir. Dünyanın 50-yə yaxın ölkəsindən konfransın işinə qatılan nüfuzlu endokrinoloqlar şəkərli diabetin diaqnozu və müalicəsində istifadə edilən ən son texnologiyalar və müasir üsullar barədə təqdimatlarla çıxış edirlər.


