Həkim-bakterioloq Ülkər Məmmədova Beynəlxalq konfransda iştirak edib

Mərkəzi Gömrük Hospitalının həkim-bakterioloqu Ülkər Məmmədova 14 dekabr 2022-ci il tarixində “PremiumMed” və “BoditechMed” şirkətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Post-korona dövrünün diaqnostikası və molekulyar giriş üçün hərtərəfli məhsul panelləri və alətləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfransda floresan immun analizi üsulu ilə qanda müxtəlif laborator kardiak, onkoloji, şəkərli diabet, hormon, COVİD-19 infeksiyası, hepatit, respirator, diareya, autoimmun, qaraciyər, yağlar mübadiləsi, terapevtik dərman monitorinqinin göstəricilərinin təyini müzakirə olunub.Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


