“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

Hit: 871
“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək
23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC” və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
 
Türkiyənin Dokuz Eylül Universitetinin Tibb Fakültəsinin professoru Dr.Taner Çamsari  “Kəskin böyrək zədələnməsi və müalicəsində periton dializin yeri” mövzusunda təqdimatla çıxış edəcək. O, nefrologiya sahəsi üzrə mütəxəssisləri bu konfransda iştirak etməyə dəvət edib. Prof.Dr. Taner Çamsarinin çıxışını Sizə təqdim edirik. https://www.youtube.com/watch?v=m5xfd4qzxwo
 
Xatırladaq ki, proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
 
Konfrans əyani 2 çay və 1 nahar fasiləsi olmaqla Holiday İnn otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konfransda iştirak ödənişlidir!
 
Əyani iştirak edəcək həkimlər üçün iştirak haqqı 50 AZN, əyani iştirak edəcək rezidentlər üçün isə iştirak haqqı 30 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir. 
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/JoP18UrcWeyEWEes5








Redaktorun seçimi