Dr.Mehriban Məmmədova Türkiyədə XXII Milli Yuxu Tibbi konqresində iştirak edir

Mərkəzi Gömrük Hospitalının uşaq nevropatoloqu Mehriban Məmmədova Türkiyə Yuxu Tibbi Birliyinin təşkilatçılığı ilə 7-11 dekabr 2022-ci il tarixlərində keçirilən XXII Milli Yuxu Tibbi konqresində iştirak edir. Konqresdə dünyanın müxtəlif ölkələrinin bu sahə üzrə nüfuzlu nevroloqları tərəfindən yuxu pozğunluqları, yuxu inkontinansı, yuxu təbabətində istifadə edilən testlər mövzularında təqdimatlarla çıxışlar edilir.
Həmçinin, məruzəçilərin “Yuxuda öyrənmək mümkündürmü”, “Somnoloji yuxu tibbi nədir?”, “Polisomnoqrafiya və poliqrafiya nədir?” və digər mövzularda çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzular ətrafında geniş müzakirələr aparılıb.
Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.


