"Liv Bona Dea Hospital" da "Uşaq ürək mərkəzi" nin təqdimatı mərasimi keçirilib

Hit: 1359
"Liv Bona Dea Hospital" da "Uşaq ürək mərkəzi" nin təqdimatı mərasimi keçirilib
"Liv Bona Dea Hospital" da "Uşaq ürək mərkəzi" nin təqdimatı mərasimi keçirilib.
 
Tədbiri giriş nitqi ilə açan hospitalın baş direktoru Taner Özbek son dövrdə yeni fəaliyyətə başlayan xidmətlərdən danışıb. Yüksək ixtisaslı həkim-mütəxəssislərin dəvət edilməsinin ümümilikdə Azərbaycan səhiyyəsinin inkişafına olan müsbət təsirlərindən söz açılıb.  
 
Hospitalın uşaq- ürək cərrahı Uzman. Dr Şiraslan Baxşəliyev və uşaq kardiloqu Uzman. Dr Bəhruz Əliyev reallaşdırdıqları əməliyyatlar və yeni müalicə metodları haqda tibb işçiləri və ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verib. Hospitalda sağlamlığına qovuşan azyaşlılar və onların ailələri fikirlərini bölüşüb.








Redaktorun seçimi