Həkim anestezioloq-reanimatoloq Mehdi Əliyev - “Həkimlərimizi tanıyın”

Hit: 723
Həkim anestezioloq-reanimatoloq Mehdi Əliyev - “Həkimlərimizi tanıyın”
“Həkimlərimizi tanıyın” rubrikasında Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyevi sizə təqdim edirik.
 
DR.MEHDİ ƏLİYEV Mərkəzi Gömrük Hospitalında müasir tibbi innovasiyalara əsasən ümumi 
anesteziya, regional anesteziya, traxeyanın inturbasiyası və eksturbasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilyasiyası, traxeostomanın açılması, ağrı terapiya pompasının tətbiqi, onurğa beyin mayesinin alınması, bronxoskopiya, bronxların lavajı, defibrilasiya və kardioversiya kimi sahələrdə müayinə və müalicələr aparır. 
 
Mehdi həkim 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə işi fakültəsində təhsil almış, 2000-2001-ci illərdə 1№-li Şəhər Kliniki xəstəxanasının Anesteziologiya və reanimasiya kafedrasında internatura keçmişdir. O, 2007-2011-ci illərdə İtaliyanın Milan şəhərində “Ospedale Maggiore of Milan” xəstəxanasının Anesteziologiya və İntensiv terapiya kafedrasında beynəlxalq təqaüd proqramı üzrə, 2012-2013-cü illərdə Türkiyənin İzmir şəhərində Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə təhsil almışdır. 
 
Dr.Mehdi Əliyev 2003-2006-ci illərdə Azərbaycanın özəl tibb müəssisəsində təcili tibbi yardım həkimi kimi çalışmış, 2012-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir. Dr.Mehdi Əliyev 2005-ci ildə Şotlandiyanın Aberdin Universitetində “Qabaqcıl Kardiyak və Travma Həyat Dəstəyi Bacarıqları” kursunda, 2010-cu ildə Rumıniyanın Buxarest şəhərində Təcili və Fövqaladə hallar üzrə “Təcili və Təxirəsalınmaz tibbi yardım” mövzusunda beynəlxalq təlimdə iştirak etmişdir. Həmçinin, Mehdi həkim 2022-ci ildən Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-nin "Anesteziologiya və reanimatologiya" ixtisası üzrə qiyabi doktorantıdır. 
 
2021-ci ildə Dr.Mehdi Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub. O, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin, Avropa Anestezioloqlar Cəmiyyətinin, Türkiyə Anesteziologiya və Reanimasiya Cəmiyyətinin və Avropa İntensiv Terapiya Təbabəti Cəmiyyətinin üzvüdir.









Redaktorun seçimi