Uzman invaziv kardioloq İlqar Tahiroğlu - “Həkimlərimizi tanıyın”

Hit: 1153
Uzman invaziv kardioloq İlqar Tahiroğlu - “Həkimlərimizi tanıyın”
“Həkimlərimizi tanıyın” rubrikasında Sizə Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi,yüksəkixtisaslı yandal uzman invaziv kardioloq İlqar Tahiroğlunu təqdim edirik.
 
DR.İLQAR TAHİROĞLU Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral clip, perifer damar angioplastikası, koronar angioplastika, sağ ürək hemodinamik kateterizasiyası, PFO qapatılması, ASD qapatılması, karotis stent, ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur. 
İlqar həkim 2010-cu ildə Türkiyə Respublikasının Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçmişdir. O, təhsilini davam etdirərək 2015-2019-cu illərdə İsrailin Qüds şəhərində Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçmiş, 2019-2021-ci illərdə isə Universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramını mənimsəmişdir. 
İlqar həkim 2021-2022-ci illərdə Azərbaycanın özəl tibb müəssisələrində həkim-kardioloq, kardiologiya bölməsinin rəhbəri kimi çalışıb. O, 2022-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir. Eyni zamanda İlqar həkim həkimlik fəaliyyəti ilə yanaşı, müəllim kimi  I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında çalışır.
 
Dr.İlqar Tahiroğlu öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edən, bilik və bacarıqlarını artıran və işində tətbiq edən təcrübəli kardioloqdur.İlqar həkim 2022-ci ildə Türkiyənin “Beynəlxalq Cari Tibbi və Bioloji  Elmlər” jurnalına redactor seçilib.Dr.İlqar Tahiroğlu 2022-ci ildə “Ürək-damar təbabətində sərhədlər” beynəlxalq kardiologiya jurnalında “Səyirici aritmiyalı xəstələrdə sol qulaqcığın airukulasının cihazla qapatılması” adlı məqaləsi dərc olunub. O, 27-29 noyabr 2022-ci il tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən “PCRValve2022" samittində iştirak edib.
 
İlqar həkim Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardiologiya Cəmiyyətinin və Amerika Kardiologiya Cəmiyyətinin üzvdür. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi:(012)404-08-08.








Redaktorun seçimi