“Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçiriləcək

Hit: 1172
“Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçiriləcək
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” həyata keçiriləcək.
 
10 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Florence Nightingale Xəstəxanalar Qrupunun, Fetal Genetik Mərkəzin, Səhiyyə Televiziyasının, Unity Company, Bübchen və Ascent MMC şirkətlərinin əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” həyata keçiriləcək.
Konqresdə “Neonatal reanimasiyada sıx rast gəlinən hallar”, “Yenidoğulmuşlarda respirator dəstək strategiyaları” və “Neonatologiyada genetik skrininq metodları” başlıqlı 3 paneldə ümumilikdə 8 məruzə təqdim olunacaq. Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq məruzələrdə ən son tibbi məlumatlar əks olunacaq, konqres sual-cavab sessiyaları və panel müzakirələri ilə davam etdiriləcək.  
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konqres hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konqresdə pediatr, neonatoloq, anestezioloq-reanimatoloq, genetik, uşaq cərrahı, kardioloq, mama-ginekoloq, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, hematoloq və endokrinoloq ixtisasına malik həkimlər və rezidentlər iştirak edə bilər.
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
 
əyani Holiday İnn otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konfransda iştirak ödənişsizdir!
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Əlavə məlumat üçün linkə keçid edə biləriniz: https://customshospital.az/10-dekabr-azerbaycan-turkiye-neonatologiya-konqresi/#gsc.tab=0
 
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/agMBjPxJ42gwBDL58









Redaktorun seçimi