Dr.Samir Ağalarov - “Həkimlərimizi tanıyın”

Hit: 841
Dr.Samir Ağalarov - “Həkimlərimizi tanıyın”

“Həkimlərimizi tanıyın” rubrikasında Sizə Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Dr.Samir Ağalarovu sizə təqdim edirik.

DR.SAMİR AĞALAROV Mərkəzi Gömrük Hospitalında tibb sahəsində varikosel, Hipospadias, böyrək və sidik axarı daşları, prostat adenoması, onkoloji xəstəliklə və digər uroloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olur. Dr.Samir Ağalarov haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/samir-agalarov/
 
Samir həkim 2002-2010-cu illərdə Türkiyə Respublikası Erciyes Universitetinin Tibb fakültəsində, 2014-2019-cu illərdə Türkiyə Respublikası Okmeydanı Təhsil və Tədqiqat xəstəxanasının Urologiya şöbəsində urologiya-andrologiya ixtisası üzrə uzmanlıq təhsili almışdır. Əmək fəaliyyətinə 2012-ci ildə Türkiyə Respublikasında Bodrum Acıbadem xəstəxanasında təcili tibbi yardım həkimi kimi fəaliyyətə başlayan Samir həkim 2014-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 
 
2019-cu ildə Azərbaycana qayıdan Dr.Samir Ağalarov 2019-2021-ci illərdə ölkəmizin özəl tibb müəssisəsində uroloq-androloq kimi çalışıb. O, 2021-ci ildən Mərkəzi Gömrük Hospitalının Urologiya fakültəsində uroloq-androloq kimi fəaliyyət göstərir. O, daim öz bilik və bacarıqlarını inkişaf etdirərək, ölkə daxilində və xaricində keçirilən müxtəlif beynəlxalq elmi konfanslarda davamlı olaraq iştirak edir. Samir həkim 2015-ci ildə Türkiyənin İzmir şəhərində Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ll Dünya Endourologiya konqresində “Tək böyrəkli transplant xəstəsində mövcud olan daşın qapalı cərrahiyyəsi” mövzusunda çıxış edib.
 
Həmçinin, Samir həkim 2016-cı ildə Fransa Uroloji Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Endourologiyanın problemləri” konqresində, 2017-ci ildə Türkiyə Urologiya Cəmiyyətinin Təşkilatçılığı ilə XXVl Beynəlxalq Urologiya konqresində,  2019-cu ildə İstanbul Acıbadem Taksim xəstəxanasının təşkilatçılığı ilə “Laparoskopik və Robotik canlı cərrahiyyə” kursunda, 2022-ci ildə Türkiyə Urologiya Cəmiyyətini təşkilatçılığı ilə keçirilən 31-ci Milli Urologiya konqresində iştirak edib.  
Dr.Samir Ağalarov Avropa Urologiya Cəmiyyətinin, Amerika Urologiya Cəmiyyətinin və Türkiyə Uroloji Cərrahlar Cəmiyyətinin Üzvüd








Redaktorun seçimi