Dr.Təranə Qonaqova - “Həkimlərimizi tanıyın!”

Hit: 538
Dr.Təranə Qonaqova - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Mərkəzi Gömrük Hospitalının həkim-immunoloqu Dr.Təranə Qonaqovanı Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalının həkim-immunoloqu Təranə Qonaqova tibb sahəsində immunoseroloji, allerqik, biokimyəvi, ümumi klinik  laborotor müayinələrin aparılmasında fəaliyyət göstərir. DR.TƏRANƏ QONAQOVA Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasında  immunoseroloji, allerqik, biokimyəvi, ümumi klinik laborotor müayinələrini həyata keçirir. O, 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1987-1988-ci illərdə 6 saylı Uşaq Klinik Xəstəxanasında Pediatriya ixtisası üzrə internatura keçmişdir. 
 
Tibb sahəsində əldə etdiyi yüksək səviyyəli təhsil əsnasında 1989-2010-cu illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim lobarant kimi çalışıb. O, 2010-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-immunoloq kimi fəaliyyət göstərir. 
 
Dr.Təranə Qonaqova 1999-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda “Kliniki laborotoriya diaqnostikasının təşkili” üzrə ixtisaslaşdırma kursunda, 2011-ci ildə Türkiyənin “Nəsil Qrup” Cəmiyyətinin təşkilatçılığı ilə “Autoimmun infeksion və allerqoloji diaqnostika” təlimində, 2015-ci ildə Rusiyanın DNK Texnologiyaları kompaniyasının təşkilatçılığı ilə keçirilən “PZR Real Vaxt; həkimlər üçün diaqnostikanın yeni imkanları” mövzusunda elmi praktik konfransda, 2019-cu il Labservis LTD-nin təşkilatçılığı ilə “Əsas Kardioloji markerlərin kliniki tətbiqi və interpretasiyası. Anti-Müller Hormonun reproduktiv potensialın müayinəsində rolu” mövzusunda seminarda, 2019-cu il Azərbaycan Milli Akkreditasiya sisteminin gücləndirilməsi” Tvinniq layihəsinin təşkilatçılığı ilə İSO 15189;2022 Tibbi laborotoriyada keyfiyyətə dair tələblər mövzusunda təlimdə, 2021-ci ildə Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının təşkilatçılığı ilə “Süni İntellektə Əsaslanan Mikrobiom Analizi” adlı simpoziumda iştirak etmişdir.









Redaktorun seçimi