“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Hit: 490
“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC” və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. 
 
Konfransda “Nefrologiyanın müasir klinik aspektləri”, “Hemodializdə sıx rast gəlinən problemlər” və “Nefrologiyanın müzakirəli mövzularına yeni baxış” başlıqlı 3 paneldə ümumilikdə 11 məruzə təqdim olunacaq. Məruzələr müvafiq sahənin yerli və beynəlxalq yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və panel müzakirələr təşkil olunacaq.
 
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans nefroloq, uroloq, endokrinoloq, hematoloq, terapevt, kardioloq, infeksionist, anestezioloq-reanimatoloq, revmatoloq, təcili və təxirəsalınmaz tibbi yardım və onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
 
Konfrans əyani 2 çay və 1 nahar fasiləsi olmaqla Holiday İnn otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konfransda iştirak ödənişlidir!
Əyani iştirak edəcək həkimlər üçün iştirak haqqı 50 AZN, əyani iştirak edəcək rezidentlər üçün isə iştirak haqqı 30 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir. 
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Əlavə məlumat üçün linkə keçid edə biləriniz: https://customshospital.az/23-dekabr-nefrologiyada-muasir-cagirislara-yeni-baxis/#gsc.tab=0
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/JoP18UrcWeyEWEes5







Redaktorun seçimi