Dr.Sevinc Məmmədova - Həkimlərimizi tanıyın!

Hit: 543
Dr.Sevinc Məmmədova - Həkimlərimizi tanıyın!

“Həkimlərimizi tanıyın!” rubrikasında səmimiyyəti və peşəkarlığı ilə seçilən Mərkəzi Gömrük Hospitalının kardialoqu Dr.Sevinc Məmmədovanı təqdim edirik.

Dr.SEVİNC MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalında EKG, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofagial EXO, stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası və kardioversiya ilə ürək-damar xəstəliklərinin müalicəsini həyata keçirir. Sevinc həkim fəaliyyətində daim yeni innovasiyalarla və tibbi-mütəxəssis bacarıqları ilə pasiyentləri müalicə edir və onlara sağlamlıq bəxş edir.  
 
Sevinc həkim 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində, 1999-2000-ci illərdə ATU-da internetura təhsili almışdır. O, əmək fəaliyyətinə 2001-ci ildə dövlət tibb müəssisəsində kardioloq kimi başlayaraq, 2012-ci ilə qədər orada çalışmışdır.
 
Dr.Sevinc Məmmədova 2012-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-kardialoq kimi fəaliyyət göstərir. Ölkə daxilindən və xaricindən gələn pasiyentlərin ürək-damar sisteminin müayinə və müalicə prosesində tam müsbət nəticələrin alınmasında Sevinc xanımın rolu böyükdür.  
 
Dr.Sevinc Məmmədova  fəaliyyəti müddətində ölkəmizdə keçirilən bir çox konfranslarda, o cümlədən 2018-ci il Azərbaycan Kardioloqlar Cəmiyyətinin VII Milli Konqresində, 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyətinin VII Milli Konqresində iştirak etmişdir. O,  Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvüdür. Sevinc həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/sevinc-mammadova/#








Redaktorun seçimi