Dr.Xumar Novruzova “Respirator Təbabətin Aktual Məsələləri” mövzusunda elmi-praktiki konfransda iştirak edib

Hit: 489
Dr.Xumar Novruzova “Respirator Təbabətin Aktual Məsələləri” mövzusunda  elmi-praktiki konfransda iştirak edib
Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova 19 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə keçirilən “Respirator Təbabətin Aktual Məsələləri” mövzusunda elmi-praktiki konfransda iştirak edib. Tədbirdə bronxial astma, bronxial astmanın obstruksiyası, allergiya, nəfəs yollarının xəstəxanadankənar infeksiyası, pnevmoniya və respirativ sistemin digər xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası məsələləri barədə təqdimatlarla çıxışlar edilib və mövzular ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə və Ukraynanın da nüfuzlu həkimləri iştirak ediblər.
 
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.








Redaktorun seçimi