Dr.Mehriban Əmirova Moskva şəhərində təlim kursunda iştirak edib

Hit: 482
Dr.Mehriban Əmirova Moskva şəhərində təlim kursunda iştirak edib
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Mehriban Əmirova 7-10 noyabr 2022-ci il tarixlərində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Akademik V.İ.Kulakov adına Milli Tibbi Tədqiqat Mamaliq, Ginekologiya və Perinatologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Estetik ginekologya” mövzusunda təlim kursunda iştirak edib.
 
Təlimdə estetik ginekologiyanın bütün mümkün olan üsulları, onların üstünlükləri və mənfi cəhətləri, təhlükəsizliyi və effektivliyi barədə ətrfalı məlumat verilib.
 
Təlim iştirakçıları vaginal atrofiya, stress sidik qaçırma, ağrı sindromu, anogenital zonanın estetik korreksiya və digər  tibbi və estetik problemləri barədə geniş müzakirələr aparıb. Həmçinin, estetik ginekologiyada istifadə olunan texnologiyalardan istifadəyə dair statistik və klinik məlumatlar, bu sahədə olan yeniliklər barədə təqdimatlar edilib.








Redaktorun seçimi