“Həkimlərimizi tanıyın!” - Dr.BƏHRUZ XALIQOV

Hit: 722
“Həkimlərimizi tanıyın!” - Dr.BƏHRUZ XALIQOV

“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının uroloqunu təqdim edirik.

Mərkəzi Gömrük Hospitalının uzman uroloqu, cərrah Dr. Bəhruz Xalıqovu “Həkimlərimizi tanıyın!”  rubrikasında Sizə təqdim edirik.
Dr. BƏHRUZ XALIQOV Mərkəzi Gömrük Hospitalında endoskopik və açıq böyrək, sidik axarı, sidik kisəsi daşları, müxtəlif xəstəliklərlə bağlı laparoskopik və açıq uroloji əməliyyatlar, androloji və uroloji rekonstruktiv əməliyyatlar həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/behruz-xaliqov/
 
Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir.
Dr. Bəhruz Xalıqov 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında uzman uroloq, cərrah kimi fəaliyyət göstərir. O, 2015-ci ildə Türkiyənin Bursa şəhərində “Prostat xərçəngi və BPH” mövzusunda keçirilən Avrasiya Uroonkoloji Bahar konqresində, həmin ildə Türkiyənin İstanbul şəhərində “Qadınlarda çanaq bölgəsi orqanlarının rekonstruktiv əməliyyatları” mövzusunda simpoziumda, 2017-ci ildə İstanbul şəhərində “Bahçeşehir Universitetinin kliniki anatomiya laboratoriyasında “Dondurulmuş meyit modelində yüksək dərəcəli endoskopik və laparoskopik cərrahiyyə” kursunda iştirak edib.
Dr.Bəhruz Xalıqov 2017-ci ildə Türkiyənin İstanbul şəhərində Türk Urologiya Akademiyasının təşkil etdiyi böyrək şişləri mövzusunda təkmilləşdirmə kursunda, 2018-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Minimal İnvaziv Uroloji Cərrahiyyə konqresində, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Universiteti CASE robotik, laparoskopik cərrahiyyə və kliniki anatomiya laboratoriyasında canlı donuz modelində yüksək dərəcəli müasir laparoskopik böyrək cərrahiyyəsi kursunda, 27-30 oktyabr 2022-ci il tarixlərində Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasında keçirilən 31-ci Milli Urologiya konqresində iştirak etmişdir. Həmçinin, Dr.Bəhruz Xalıqov ölkəmizdə keçirilən müxtəlif elmi tədbirlərdə davamlı olaraq  iştirak edir və Mərkəzi Gömrük Hospitalında uroloji cərrahiyyə əməliyyatlarında icra etdiyi yeniliklər və nailiyyətlər ilə bölüşür.
 
Dr. Bəhruz Xalıqov Avropa Urologiya Assosiasiyasının, Türk Urologiya Assosiasiyasının, Türk Uroloji Cərrahiyyə Assosiasiyasının və Türk Uroloji Assosiasiyasının üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/behruz-xaliqov/. Dr. Bəhruz Xalıqovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.








Redaktorun seçimi