Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tibbi aksiya keçirilib

Hit: 698
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tibbi aksiya keçirilib
11 noyabr 2022-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1№-li tam orta internat məktəbində tibbi aksiya keçirdi.
 
Aksiya hər il 13 noyabr Gözdən əlillər günü münasibəti ilə digər  müəssisələrdə və regionlarda operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etmək məqsədi ilə keçirilir.
Aksiya çərçivəsində 120 nəfər müayinə olundu. Refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu. 
 
Aksiyanın keçirilməsində məqsəd korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdən ibarətdir. Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Məmmədova Lalə və dr. Həsənova Rəvanə tərəfindən həyata keçirildi.








Redaktorun seçimi