Gömrük Hospitalının uzman pediatrı “Uşaqlarda allergik xəstəliklər” mövzusunda çıxış edəcək

Hit: 544
Gömrük Hospitalının uzman pediatrı “Uşaqlarda allergik xəstəliklər” mövzusunda çıxış edəcək
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev 16 noyabr 2022-ci il tarixində saat 15.00-da “Uşaqlarda allergik xəstəliklər” mövzusunda canlı yayımda çıxış edəcək. Sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz!
 
Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.
 
Xatırladaq ki, 2010-cu ildən əmək fəaliyyətinə uzman pediatr kimi başlayan DR.TELMAN AYTAYEV Mərkəzi Gömrük Hospitalının Neonatologiya və reanimasiya şöbəsində sağlam uşaq təqibi, az çəkili və ya vaxtından erkən doğulmuş uşaqların müalicəsi və təqibini, uşaqlarda peyvəndlərin aparılması, uşaqlarda qaraciyər transplantasiyasından əvvəl və sonra təqibin edilməsi, ürək qüsuru səbəbi ilə əməliyyat olunacaq uşaqların vəziyyətinin əməliyyatdan əvvəl dəyərləndirilməsi və əməliyyatdan sonra analizlərinin müşahidə edilməsi, infeksiya xəstəliklərinin diaqnozu və müalicəsi, uşaqlarda allergiya xəstəliklərinin diaqnozu və müalicəsini həyata keçirir.
 
Dr. Telman Aytayev 2004-cü ildə Türkiyə Atatürk Universitetinin Tibb fakültəsini bitirmiş, 2005-2010-cu illərdə Hacettepe Universitetinin Tibb fakültəsinin pediatriya bölməsində təhsilini davam etdirmişdir. 2016-2017-ci illərdə Türkiyədə Konya Meram Tibb fakültəsinin neonatologiya şöbəsini uzman pediatr kimi bitirmişdir. 2010-2012-ci illərdə Ərzincan Dövlət Xəstəxanası və Ərzincan Universitetində uzman pediatr, 2012-2015-ci illərdə özəl tibb müəssisələrində pediatr vəzifəsində çalışıb. 2015-2017-ci illərdə Necmettin Erbakan Universitetində Meran Tibb Fakültəsində Pediatriya bölümünün Neonatologiya şöbəsində uzman pediatr işləmişdir. Dr. Telman Aytayev 2017-ci ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi vəzifəsində çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/telman-aytayev








Redaktorun seçimi