Nuran Abdullayev Tibb Universitetində görüşlər keçirdib

Hit: 408
Nuran Abdullayev Tibb Universitetində görüşlər keçirdib
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, radiologiya və neyroradiologiya sahəsində dünyada bir çox ilklərə imza atan, Almaniyada insult xəstələrində beyin əməliyyatları keçirən ən gənc həkimlərdən biri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasını ziyarət edib. Kafedranın müdiri tibb elmləri doktoru, professor Musa Qəniyev və kafedranın əməkdaşları ilə görüşdə Nuran Abdullayev öz təcrübəsini bölüşüb, onların suallarını cavablandırıb. Sonra Nuran Abdullayev Tibb Universitetinin tələbələri ilə də görüşüb, onlarla söhbət aparıb.
 
Görüşlər haqqında kafedra müdiri Musa Qəniyev öz təəssüratını bölüşüb:
 
"Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, həmyerlimiz, tibb elmləri doktoru Nuran Abdullayev kafedramıza, bizimlə görüşə gəlmişdi. İntellekti, elmi potensialı, təhlili təfəkkürü ilə seçilən, bütün müsbət keyfiyyətləri müasir gəncliyə örnək və nümunə olacaq, bu dəyərli insan və böyük alim ölkəmizin səhiyyəsinə çox böyük töhfələr vermək qüdrətindədir. Düşünürəm ki, dövlətimiz yaxın gələcəkdə onun elmi potensialından mütləq istifadə etməlidir və edəcək. Bu da ölkəmizdə zəruri saydığım,  yeni “Nuran Abdullayev” elm məktəbinin yaranmasının əsasını qoyacaqdır. Azərbaycan səhiyyəsinin sabahı aydın və işıqlı olacaq. Buna hər birimiz inanmalı və dəstək olmalıdır".








Redaktorun seçimi