Dr.Şəhla Ağayeva “EvolutFirst” Təcrübəli İmplantoloqların görüşündə iştirak edib

Hit: 605
Dr.Şəhla Ağayeva “EvolutFirst” Təcrübəli İmplantoloqların görüşündə iştirak edib
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Şəhla Ağayeva 22-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində “Medtronic” firmasının təşkilatçılığı ilə keçirilən “EvolutFirst” Təcrübəli İmplantoloqların görüşündə iştirak edib.
 
Dünyanın bir çox ölkələrinin mütəxəssislərinin iştirak etdiyi tədbirdə TAVİ əməliyyatları ilə bağlı son təcrübi yeniliklər barədə təqdimatlar edilmiş, mövzu üzərində məlumat mübadiləsi və geniş müzakirələr aparılmışdır. 
 
Tədbirdə müxtəlif ölkərin kardioloqları tərəfindən ica edilən TAVİ əməliyyatlarının videogörüntüləri izlənilib, pasiyentlərin xəstəlik tarixçəsi barədə ətraflı məlumat verilib. Həmçinin, tədbirdə ən yeni nəsil “Evolute FX” cihazının təqdimatı edilmiş, üstünlükləri və implantasiyası geniş izah edilib. Görüşün sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
 








Redaktorun seçimi