Yüksəkixtisaslı anestezioloq-reanimatoloq - Könül Həsənova

Hit: 742
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq - Könül Həsənova
“Tanıtım rubrikasında” Sizə  pasiyentlərə intensiv terapiya və reanimasiya tədbirlərini uğurla həyata keçirən Mərkəzi Gömrük Hositalının yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Könül Həsənovanı təqdim edirik. 
 
Mərkəzi Gömrük Hospitalında DR.KÖNÜL HƏSƏNOVA ümimi anesteziya, regional anesteziya, traxeyanın inturbasiyası və eksturbasiyası,  mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilasiyası, lumbal punksiya və onurğa beyin mayəsinin alınması, bronxoskopiya ilə bronxların lavajı, defibrilasiya və kardioversiya, ürək daxili inyeksiya və digər prosedurları həyata keçirir. 
 
Dr.Könül Həsənova 1996-1998-ci illərdə İran İslam Respublikası Şəhid Babayi Universitetində müalicə işi fakültəsində, 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. Könül həkim 2004-2005-ci illərdə M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxanasında anesteziologiya və reanimasiya şöbəsində  anestezioloq-reanimatoloq  ixtisası üzrə internatura keçib. O, əmək fəaliyyətinə 2011-ci ildə  Naxçıvan Muxtar Respublikasında dövlət tibb müəssisəsində anestezioloq-reanimatoloq kimi başlayıb. O, 2013-cü ildən  Mərkəzi Gömrük Hospitalında anestezioloq-reanimatoloq kimi çalışır. 
 
Daim öz üzərində çalışan və tibbin son nailiyyətlərini fəaliyyətində tətbiq edən Könül həkim müxtəlif illərdə Azərbaycanda və xaricdə keçirilən çoxlu sayda konfrans və elmi tədbirlərdə iştirak edib.  O, 2011-ci ildə Türkiyənin İzmir şəhərində yerləşən Kocaeli Egitim-Araştırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2013-cü ildə Türkiyənin Ankara şəhərində Atatürk Egitim-Araşdırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2014-cü ildə Türkiyənin İzmir şəhərində Ege Üniversitesi Xəstəxanasında  Perfuziologiya kursunda və Azərbaycanda keçirilən müxtəlif  tibbi elmi tədbirlərdə iştirak edib. 
 
Könül həkim 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. O, 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub. Həkim haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/konul-hesenova/
 








Redaktorun seçimi