Dr.Leyla Qaçaylı - “Həkimlərimizi tanıyın!”

Hit: 665
Dr.Leyla Qaçaylı - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə bütün pasiyentlərinə qayğı və həssaslıqla yanaşan həkim, mama-ginekoloq Dr.Leyla Qaçaylını təqdim edirik.

Həkim-mama-ginekoloq Dr.LEYLA QAÇAYLI Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində normal və patoloji hamiləliyin təqibi, normal fizioloji və cərrahi doğuşlar, uşaqlıq yolunun və uşaqlıq boynunun patalogiyası, diaqnostikası (kolposkopiya) və müalicəsi, histeroskopiya, konservativ və cərrahi ginekologiya, sonsuzluğun diaqnostikası və müalicəsi, estetik ginekoloji əməliyyatların həyata keçirilməsi ilə məşğul olur.
 
Dr.Leyla Qaçaylı 2014-cü ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2014-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasında mamalıq-ginekologiya ixtisası üzrə rezidentura təhsili almışdır.2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyət göstərir.
 
Dr.Leyla Qaçaylı öz peşəsini sevən, özünə qarşı tələbkar, tibb elminin son nailiyyətlərini izləyən, dünya mətbuatında öz sahəsi ilə bağlı yenilikləri işində tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir. O, 2016-cı ildə Bakıda Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə “Uşaqlıq boynu patologiyası və kolposkopiya” kursunda və Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Assosiasiyası ilə ALMAZ AKADEMİYASI Tibbi Tədris Mərkəzinin təşkil etdiyi “Laparoskopik ginekologiya və histeroskopiya” kursunda, 2017-ci ildə Bakıda Almaniyanın Frayburq Akademiyasının MEDIZIN GmbH-in təşkilatçılığı ilə “Ultrasonoqrafiya” təlimində, 2018-ci ildə Bakıda Histeroskopiya və Minimal İnvaziv Cərrahiyyə Akademiyasının təşkilatçılığı ilə “Histeroskopiya” kursunda (HAMSA), 2019-cu ildə Bakıda Azərtürkmed lazer klinikasının təşkilatçılığı ilə “Lazer və estetik ginekogiya” üzrə təlimdə iştirak etmişdir.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/leyla-qachayli/#.  Dr.Leyla Qaçaylının qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
 








Redaktorun seçimi