Dr.İlqar Tahiroğlu Özbəkistanda Beynəlxalq Kardiologiya konfransında çıxış edib

Hit: 508
Dr.İlqar Tahiroğlu Özbəkistanda Beynəlxalq Kardiologiya konfransında çıxış edib
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu 21-25 oktyabr 2022-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq Kardiologiya konfransında iştirak edir.

Özbəkistan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın ilk günündə Dr.İlqar Tahiroğlu “TAVİ əməliyyatının fəsadları” mövzusunda ingilis dilində təqdimatla çıxış edib.Ilqar həkimin çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

Konfransın proqramı çərçivəsində 24 oktyabr 2022-ci il tarixində Dr.İlqar Tahiroğlu özbəkistanlı kardioloqları ilə birlikdə Ezgu Niyat Hospitalında kompleks ürək xəstəlikləri əməliyyatlarını icra edib.  
 








Redaktorun seçimi