Dr.Sədi Allahverdiyev beynəlxalq simpoziumda çıxış edib

Hit: 484
Dr.Sədi Allahverdiyev beynəlxalq simpoziumda çıxış edib

Dr.Sədi Allahverdiyev “Ginekologiyada Mübahisəli Məsələlər” mövzusunda simpoziumda çıxış edib

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin həkim-ginekoloqu, t.ü.f.d., Dr.Sədi Allahverdiyev 22-23 oktyabr 2022-ci il tarixlərində Müasir Davamlı Tibb Təhsili proqramlarına əsasən, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Ginekologiyada Mübahisəli Məsələlər” mövzusunda simpoziumda iştirak edib.
 
23 oktyabr tarixində Dr.Sədi Allahverdiyev tədbirin “Endometrioz” panelində “Endometriozun klassifikasiyaları, mərhələri və medikal müalicənin rolu” mövzusunda təqdimatla çıxış edib. Sədi həkim çıxışında endometriozun yeni klassifikasiyaları, istifadəsinin praktiki üstünlükləri və informativliyi, eyni zamanda,  son bir ildə endometriozun medikal müalicəsində baş vermiş yeniliklər haqqında ətraflı məlumat verib. 
 
Dr.Sədi Allahverdiyevin təqdimatı simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və panel sonunda geniş disskusiyaya səbəb olmuşdur. Qeyd edək ki, tədbirdə professorlar Acar Koç, İslam Mahalov, Nejat Özgül, Coşkun Salman, Firat Ortaç, Murat Dede, İlkkan Dünder, dosent Salih Taşkin, uzman Dr. Məhəmməd Qəmbərov və  t.ü.f.d. Turab Canbaxışov iştirak ediblər.
 








Redaktorun seçimi