Dr.Təranə Bayramova “Bakı Beynəlxalq Ginekoloji konfransı”nda təqdimatla çıxış edib

Hit: 852
Dr.Təranə Bayramova “Bakı Beynəlxalq Ginekoloji konfransı”nda təqdimatla çıxış edib
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova 20-22 oktyabr 2022-ci il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə invaziv və endo-vizual ginekologiyanın aktual problemlərinə həsr edilmiş  “Bakı Beynəlxalq Ginekoloji konfransı”nda iştirak edib. 
 
Dr.Təranə Bayramova 20 oktyabr 2022-ci il tarixində  Bakı Beynəlxalq Ginekoloji konfransının IV Panelində “Minimal invaziv ginekoloji cərrahiyyədə tikanlı tikiş sapların tətbiqinə dair təcrübələr” mövzusunda təqdimatla çıxış edib.
 
Təranə həkim çıxışında endoskopik tikiş növləri, tikanlı tikiş saplarının aktuallığı, təktərəfli iynə, ikitərəfli iynə, tikanlı tikiş saplarının xüsusiyyətləri barədə geniş məlumat verib. Dr.Təranə Bayramovanın çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.
 








Redaktorun seçimi