RACU NƏBİYEVİ - Həkimlərimizi Tanıyaq! - FOTOLAR

Hit: 950
RACU NƏBİYEVİ - Həkimlərimizi Tanıyaq! - FOTOLAR

İkinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təcili yardım həkimi RACU NƏBİYEVİ tanıyaq:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təcili yardım həkimi, tibb xidməti leytenantı Dr.Racu Nəbiyev ikinci Qarabağ muharibəsi baslayan zaman cəbhəyə yollanmış, 1 oktyabr 2020-ci il tarixindən 3 fevral 2021-ci il tarixinə qədər Azərbaycan Silahlı Qüvvələrində tabor tibb məntəqə rəisi kimi xidmət göstərmişdir. Hərbi vəziyyətlərdə tibbi xidmətlərin göstərilməsi ilə bağlı lazımi bilik və bacarıqlara malik olan Racu həkim 44 günlük Vətən müharibəsi müddətində Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə batalyon həkimi kimi xidmət göstərib. 
 
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş təcili yardım həkimi, tibb xidməti leytenantı Racu Nəbiyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 24 iyun 2021-ci il tarixində “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. 
 
Qeyd edək ki, Dr.Racu Nəbiyev 2004-2010-cu illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2011-ci ildən əmək fəaliyyətinə başlayan Dr.Racu Nəbiyev bir neçə dövlət qurumunda həkim kimi çalışmış, 2020-ci ildən isə fəaliyyətini Mərkəzi Gömrük Hospitalında davam edir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və möhtəşəm qələbənin qazanılmasında Dr.Racu Nəbiyevin də payı var. 
 
1
1
1








Redaktorun seçimi