Dr.Telman Aytayev 66-cı Milli Pediatriya konqresində iştirak edir

Hit: 671
Dr.Telman Aytayev 66-cı Milli Pediatriya konqresində iştirak edir

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev 5-9 oktyabr 2022-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girnə şəhərində keçirilən 66-cı Milli Pediatriya konqresində iştirak edir. Konqresdə dünyanın pediatriya sahəsi üzrə nüfuzlu mütəxəssisləri “Qlobal İqlim Dəyişikliyi”, “Uşaq Sağlamlığı”, “Uşaqlarda Dermatoloji Problemlər”, “Uşaqlarda sinə ağrısı nə vaxt qorxulu olur?”, “Anadangəlmə ürək xəstəliyi olan uşaqlara yanaşma”, Ürək çatışmazlığı” və digər mövzularda təqdimatlar edilir. Həmçinin, pediatrların davamlı peşə təhsilinə dəstək məqsədilə konqresqabağı “Uşaqlarda endokrin xəstəlikləri”, “Uşaqlarda allergik xəstəlikər və İmmunitetin qaldırılması” və pediatriya ilə bağlı digər mövzularda kurslar keçirilir.  
 







Redaktorun seçimi