Dr.Səbinə İbrahimova - “Həkimlərimizi tanıyın!”

Hit: 788
Dr.Səbinə İbrahimova - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasının həkim-laborantə, t.f.ü.d., Dr.Səbinə İbrahimovanı təqdim edirik.

Həkim-laborant Dr.SƏBİNƏ İBRAHİMOVA Mərkəzi Gömrük Hospitalının Molekulyar mikrobiologiya sahəsində Real Zaman PZR modifikasiya üsulu vasitəsilə kəmiyyət və keyfiyyət nəticələri verən diaqnostik testlərin həyata keçirilməsi ilə məşğuldur. Bu prosedurların tətbiq sahəsi COVİD-19 diaqnostikası, hepatitlərin (HBV, HCV və s.) mürəkkəb genotiplərinin müəyyənləşdirilməsi, hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplazma, xlamidiya, sitomeqalovirus, herpes I və II, mikoplazma və virus və bakteriya etiologiyalı bir sıra başqa infeksiyaları PZR analizin köməyi ilə təyin edilməsidir.
 
Dr.Səbinə İbrahimova 1997-ci ildə Bakı Dövlət Universitetinin tibbi biologiya fakültəsini bitirmişdir. 2004-2017-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-mikrobioloq kimi, 2017-2020-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində Molekulyar-biologiya laboratoriyasının müdüri kimi çalışmışdır. Dr.Səbinə İbrahimova 2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-laborant kimi fəaliyyət göstərir.
 
Dr.Səbinə İbrahimova öz üzərində daim çalışan, tibb elminin son nailiyyətlərini izləyən və dünya təcrübəsindən yararlanan yüksəkixtisaslı mütəxəssisdir. Dr.Səbinə İbrahimova 2016-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” adına, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Laboratoriya şöbəsinin xidmətdə əldə etdiyi müvəffəqiyyət, qüsursuz xidmət və digər nailiyyətlərinə görə Fəxri fərmana layiq görülmüşdür.
O, 2010-2012-ci illərdə Gürcüstanın paytaxtı Tbilisidə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) təşkilatçılığı ilə “Sahə Epidemiologiya və Laboratoriya” üzrə təlim kursu, 2014-cü ildə ABŞ-ın Montana ştatında TAMA-nın təşkilatçılığı ilə Rikketsiyalar üzrə Amerika alimlərin konfransında,  2017-ci ildə İspaniyanın Madrid şəhərində Avropa Biotəhlükəsizlik Assosiasiyasının təşkilatçılığı ilə Biotəhlükəsizlik üzrə konfransda, 2018-ci ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində  TAMA-nın təşkilatçılığı ilə Xüsusi Təhlükəli İnfeksiyalarla bağlı konfransda, 2018-ci ildə  Malayziyanın Kuala-Lumpur şəhərində Malayziya  Tibbi Elmi Tədqiqat Universitetinin təşkilatçılığı ilə Virus infeksiyalarının laborator deteksiyası və identifikasiyası mövzusunda təlimdə, 2020-ci ildə Avstriyanın Vyana şəhərində ÜST-ün təşkilatçılığı ilə Avropa regionunun “Yüksək Təhlükəli Patogenlərin laborator diaqnostikası” mövzusunda iclasda, 2021-ci ildə ÜST-ün təşkilatçılığı ilə “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” mövzusunda konfransda və  öz fəaliyyət  sahəsi ilə bağlı müxtəlif təlimlərdə iştirak etmişdir.
 
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sabina-ibrahimova/
 







Redaktorun seçimi