Bu gün Beynəlxalq Həkimlər Günüdür

Hit: 717
Bu gün Beynəlxalq Həkimlər Günüdür
Hər il oktyabrın birinci bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Dünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatının birgə təşəbbüsü ilə Beynəlxalq Həkimlər Günü yaradılıb. Bütün həkimlərin başlıca məqsədi – pasiyentlərin sağlamlığının yaxşılaşması və qorunmasıdır. Bu gün həyatımızı həkimlərsiz təsəvvür etmək belə çətindir.
 
Bu həssas peşə sahibləri insanların onlara Allahın bəxş etdiyi ən şirin neməti olan cansağlıqlarının qoruyucularıdır. İlin hər vaxtında, dünyanın hər bir nöqtəsində hər kəsin həkim köməyinə ehtiyacı var. Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri Azərbaycan gömrükçülərinə, o cümlədən əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərirlər. Həmçinin, hər gün Mərkəzi Gömrük Hospitalına  Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri, İcbari Sığorta şirkəti tərəfindən yüzə yaxın   pasiyent müraciət edir. Yüksəkixtisasl həkimlərimiz tərəfindən müraicət edən pasiyentlərə göstərilən tibbi xidmət müvəffəqiyyətlə həyata keçirilir,  xəstələr müalicə alaraq sağalıb normal həyata qayıdırlar. 
 
Sevindirici haldır ki, Mərkəzi Gömrük Hospitalının pasiyentləri daim öz xoş təsürrüatları və rəyləri ilə bölüşür və öz təşəkkürlərini bildirirlər. Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları, ürək üzərində mürəkkəb cərrahi əməliyyatlar, endoprotezləşmə əməliyyatları və digər cərrahi əməliyyatlar uğurla həyata keçirilir. 
 
Qeyd edək ki, Beynəlxalq Həkimlər Günündə bütün dünyada seminarlar, simpoziumlar, ustad dərsləri təşkil olunur,  həkimlər aktual məsələlər qaldırır və öz bacarıqlarını cəmiyyətə nümayiş etdirirlər.
Hörmətli həkimlərimizi Beynəlxalq Həkimlər günü münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik!







Redaktorun seçimi