Liv Bona Dea Hospitalında növbəti tədbir - FOTOLAR

Hit: 835
Liv Bona Dea Hospitalında növbəti tədbir - FOTOLAR

Liv Bona Dea Hospital vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tədbir keçirir. Bu dəfə Azərbaycan və Türkiyə səhiyyəsi gələcəyimiz olan uşaqlar üçün bir araya gəldi.

Bu münasibətlə “Yaşat" Fondu, “Zəfər" İctimai Birliyi və “Talassemiya Mərkəzi”nin dəstəyilə güclərimizi gələcəyimiz olan uşaqlarımız üçün birləşdirdik. "Liv Bona Dea Hospital" hər iki ölkənin Qeyri-Hökümət Təşkilatlarının ortaq layihəsilə xüsusi qayğıya ehtiyacı olan azyaşlılar üçün "Həkim Uniformasının Boyanması" tədbirini keçirir. Görüşdə vətən müharibəsi iştirakçıları,  şəhid  ailələri və onların övladları iştirak edəcək. Tədbirdə  100 uşağa ödənişsiz müayinə paketi hədiyyə ediləcək.

Görüşdə Türkiyə və Azərbaycandan iş adamları, millət vəkilləri, müxtəlif dövlətlərin Azərbaycandakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, hospital olaraq sentyabr ayı ərzində təşkil etdiyimiz tədbirlərdə ehtiyacı olan 100 nəfərə ağciyər müayinəsi, sosial vəziyyəti aşağı olan 300 qadına süd vəzi və mammoqrafiya müayinəsi tam ödənişsiz həyata keçirilib.

1
1
1
1







Redaktorun seçimi