“AZAL” təyyarəsinin tualetində 18 telefon aşkarlandı

Hit: 221
“AZAL” təyyarəsinin tualetində 18 telefon aşkarlandı
"AZAL" təyyarəsinin tualetindən 18 ədəd telefon tapılıb.
 
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin tualetində 18 ədəd iPhone telefonu aşkarlanıb. 
 
Telefonları İstanbul-Bakı reysinin pilotları tapıb. 
 
Telefonların gizlədildiyi saxlanc yerini ayaqyoluda yaranmış nasazlıq səbəbindən aşkarlamaq mümkün olub. 
 
18 ədəd iPhone unitazın arxasında gizlədilibmiş. 
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi