Bakıda dəhşətli qəza - Qatar avtobusu vurdu - VİDEO

Hit: 2308
Bakıda dəhşətli qəza - Qatar avtobusu vurdu - VİDEO
Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Faktor.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir.

 

Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.









Redaktorun seçimi