Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

Hit: 160
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, əməliyyatlar zamanı M.Oruclu və N.Cavadovdan ümumilikdə 7 kiloqram narkotik vasitə və narkotik tərkibli həblər aşkarlanıb.
 
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.






Redaktorun seçimi