Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
“Expressbank” Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri üçün xüsusi kampaniya təqdim edir. Kampaniya çərçivəsində təhsil sahəsində çalışan şəxslər nağd pul kreditindən daha sərfəli şərtlərlə yararlana bilərlər.
Belə ki, bank tərəfindən təhsil işçilərinə 100 min manatadək nağd pul krediti üzrə minimum 0 faiz komissiya, eləcə də illik faiz dərəcəsi minimum 8,5 faizdən təklif olunur. Beləliklə, müştərilər maliyyə ehtiyaclarını daha əlverişli şərtlərlə qarşılamaq imkanı əldə edirlər. Həmçinin, krediti indi əldə edib əsas məbləğ üzrə ödənişə 2 ay sonra başlamaq imkanı da var.
“Expressbank” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya bankın instaqram, feysbuk, linkedinvə teleqram sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 1992-ci il 30 dekabr tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.







































































