“Aqrar İnnovasiya və Təchizat Şirkəti” işçilərini ixtisar edib
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-də işçilərin sayını azaldıb.
Plat.az-ın əldə etdiyi məlumata görə, şirkət bu ilin əvvəlindən etibarən 27 işçisini ixtisar edib.
İxtisar prosesi 2026-cı ilin ilk yarısında mərhələli şəkildə davam edib. Belə ki, ötən ilin sonuna ASC-nin işçilərinin sayı 253 nəfərdən 2026-cı ilin ilk rübündə 247 nəfərə, bu ilin ilk yarısında isə 226 nəfərə enib. Başqa sözlə, ötən ilin sonu ilə müqayisədə şirkət işçilərinin sayını 10,7% azalıb.
Qeyd edək ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkət gübrə və aqrokimyəvi məhsulların topdan, gübrə, toxum və pestisidlərin pərakəndə satışı, eləcə də kənd təsərrüfatı məhsullarının icarəsi və pərakəndə satışı ilə məşğuldur.
Şirkətin direktoru Zaur Quliyevdir. ASC-nin 100% səhmləri (2 000 ədəd adi səhm) Afaq Hüseyn qızı Məcidovaya məxsusdur.

































































