Xəzərdə 36 yaşlı kişi batıb

Hit: 160
Xəzərdə 36 yaşlı kişi batıb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
 
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
 
Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.






Redaktorun seçimi