Zaqatalada TIR-la minik maşını toqquşub - xəsarət alanlar var

Hit: 167
Zaqatalada TIR-la minik maşını toqquşub - xəsarət alanlar var
Yevlax- Zaqatala -Gürcüstan sərhəd magistral yolunun Zaqatalanın Əliabad qəsəbəsindən keçən hissəsində ağır yol -nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
 
AZƏRTAC xəbər verir ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan Türkiyə dövlətinə məxsus iri tonnajlı TIR yük maşını ilə Zaqatala rayon sakininin idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil toqquşub. Qəzadan sonra “Chevrolet Niva” markalı avtomobildə olan iki nəfər- rayonun Yengiyan kənd sakini 32 yaşlı Məhəmməd Mahmudov və Höytala kənd sakini 58 yaşlı Şamil Dadayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusunun ikinci təcili tibbi yardım şöbəsinə yerləşdirliblər. Hər iki şəxsin müalicə xəstəxanada davam etdirilir.
 
Faktla bağlı araşdırma aparılır.






Redaktorun seçimi