“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi “ABB mobile”da

Hit: 275
“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi “ABB mobile”da
ABB tərəfdaşları ilə birgə Beyond Bankinqə doğru daha bir mühüm addım atıb. Bank “Best Brands” marka qrupunun loyallıq sistemini – “Best Brands Loyallıq Platforması”nı “ABB mobile” tətbiqinə gətirib. Bu yeniliklə gündəlik alış-verişlər indi müştərilər üçün daha da sərfəlidir. Yeni platforma müştərilərə alış-veriş zamanı bonuslar qazanmaq və topladıqları bonusları seçilmiş partnyor brendlərdə istifadə etmək imkanı yaradır.
 
“Best Brands Loyallıq Platforması” “LC Waikiki”, “Koton”, “Decathlon”, “Penti” “Funland” Uşaq Əyləncə Mərkəzi kimi məşhur brendləri özündə birləşdirir. Müştərilər ABB kartı ilə ABB POS terminallarında ödəniş etdikdə bonuslar avtomatik hesablanır və loyallıq platformasında əks olunur.
 
Platforma vasitəsilə müştərilər bonus balansını, alış-veriş tarixçəsini və ekstra bonus qazandıran brendləri rahat şəkildə izləyə bilirlər. Toplanan bonuslardan seçilmiş partnyor brendlərdə alış-veriş zamanı istifadə etmək mümkündür.
 
Yeni loyallıq imkanı müştərilərə əlavə kart və ya fiziki loyallıq kartı daşımağa ehtiyac yaratmadan daha sadə və rahat təcrübə təqdim edir. ABB kartı ilə ödəniş zamanı bonusların avtomatik toplanması prosesi daha sürətli və istifadəçi üçün daha əlçatandır.
 
Hazırda “Best Brands Loyallıq Platforması”na daxil olan partnyor brendlər üzrə bonus imkanları belədir: “LC Waikiki” 3%, “Koton” 5%, “Decathlon” 5%, “Penti” 5%, “Funland” Uşaq Əyləncə Mərkəzi 10%.
 
“Best Brands Loyallıq Platforması” müştərilərin gündəlik alış-verişlərini daha faydalı etməklə yanaşı, “ABB mobile” və ABB kartlarından istifadəyə əlavə üstünlük qazandırır.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.






Redaktorun seçimi