Polis çətənə bitkiləri aşkarlayıb

Hit: 165
Polis çətənə bitkiləri aşkarlayıb
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən  tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb.
 
Keçirilən baxış zamanı onun Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Gülməmmədov barəsində həbs qətimkan tədbiri seçilib.






Redaktorun seçimi