Oğurluq edən şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən mobil telefon oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı N.Ağamuradov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun oğurladığı mobil telefonda olan mobil bank tətbiqindən istifadə edərək hesabdakı vəsaiti xərclədiyi də müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.








































































