Bakıda avtomobilləri talayan şəxslər saxlanılıb
Sabunçu və Xətai rayonlarında zərərçəkənlərə məxsus “BYD” və “Changan” markalı avtomobillərdən müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də digər əşyalar oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən R.Əliyev, K.Məmmədli və S.Səfərov müəyyən edilərək saxlanılıblar.
Faktlar üzrə araşdırmalar davam etdirilir.








































































