İİTKM-in “Böyük Qayıdış” Dövlət Proqramının icrası üzrə monitorinq səfəri Şuşa və Xankəndidə davam edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi monitorinq qrupu işğaldan azad edilmiş ərazilərə səfərini davam etdirir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində səfərin dördüncü günündə Şuşa və Xankəndi şəhərlərində, eləcə də ətraf yaşayış məntəqələrində həyata keçirilən layihələrə yerində baxış keçirilib. Monitorinqdə İİTKM ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, #Xankəndi şəhərində, #Ağdərə və #Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin,Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkətinin (SOCAR), “Azərişıq” ASC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti əvvəlcə Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində yaşayış məntəqələrinin təmir-bərpası, #uşa şəhərində isə D3, D4 və D5 yaşayış zonalarının tikintisi ilə tanış olub. Monitorinq qrupu, həmçinin Şuşa Müalicə-Sağlamlıq Mərkəzində tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən işlərə və Dövlət Yanğından Mühafizə Hissəsinin tikintisinə yerində baxış keçirib.










































































