Neftçala rayonunda arpa biçini davam edir

Hit: 169
Neftçala rayonunda arpa biçini davam edir
Respublikanın bölgələrində olduğu kimi Neftçala rayonunda da, arpa biçini yüksək məhsuldarlıqla davam edir.   Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayonun Tatarməhlə kəndində fermerlərin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Regional Nümayəndəliyinin Neftçala Rayon Bölməsinin rəhbərinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə fermer Hüseynov Rüfət Əhmədağa oğluna məxsus taxıl sahəsində biçin prosesinin gedişatı ilə yerində tanış olub, taxıl sahəsinə baxış keçirib. Fermerlə səmimi görüş zamanı payızlıq taxıl əkini dövründə onları narahat edən məsələlər, gübrə təminatı, əkin subsidiyalarının, əkin suyunun vaxtında verilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat məsələləri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ətraflı şəkildə öyrənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, fermerləri maraqlandıran suallar cavablandırılmışdır. Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün Neftçala rayonuna 100 ədəd kombayn cəlb edilmiş, “Aqroservis” ASC-i tərəfindən 45 ədəd, fiziki və hüquqi şəxslər tərəfindən 56 ədəd kombayn dislokasiya edilmişdir.
 
Arpa biçininin ilk başlandığı rayonlardan biri olan Neftçala rayonunda 2025-2026-ci ilin payızlıq əkin dövründə ümumilikdə 33657,0 hektar sahədə taxıl əkilmiş, bundan 5100,0  hektar buğda 28557,0 hektar arpa bitkisi təşkil edir. Hazırda rayon üzrə 19883,0 hektar sahədən 55274 ton arpa biçilmiş, orta məhsuldarlıq 27,8 sentner təşkil edir.






Redaktorun seçimi