Silah-sursat aşkarlanıb

Hit: 159
Silah-sursat aşkarlanıb
Sumqayıt şəhərində silah-sursat aşkar olunub.
 
“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Xəzər bağları" massivində qeydə alınıb.
 
Ərazidən 1 ədəd "AKS-47" markalı 7,62 kalibirli avtomat silahı, həmin silaha məxsus 1 ədəd daraq və 17 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi