20 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Hit: 590
20 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Paytaxtın Nərimanov, Yasamal və Suraxanı rayonları ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən G.Saqiyev, N.Rzayev, Ş.Qasımov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Qurbanov və S.Cəfərov müəyyən olunaraq saxlanılıblar. Onlardan ümumilikdə 20 kiloqrama yaxın müxtəlif adda narkotik maddələr və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.
 
Faktlarla bağlı araşdırma aparılır.








Redaktorun seçimi