Psixotrop maddə və narkotik vasitə aşkar edilib
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “yuyucu toz” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı yük nəqliyyat vasitəsindən iki ədəd sellofan paketdə ümumi təmiz çəkisi 996,814 qram olan psixotrop maddə - metamfetamin, 7,250 qram olan narkotik vasitə qurudulmuş marixuana, sürücünün üzərində aparılan şəxsi yoxlama nəticəsində isə təmiz çəkisi 0,060 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.