Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs edilib

Hit: 469
Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs edilib
Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.
 
Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.








Redaktorun seçimi