Bakıda narkotik və spirtli içkilərin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan - 71 sürücü saxlanılıb

Hit: 1416
Bakıda narkotik və spirtli içkilərin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan - 71 sürücü saxlanılıb
Paytaxt ərazisində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan sürücülər yol hərəkətinin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən oktyabrın 18-də keçirilən tədbirlər nəticəsində müəyyən ediliblər.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktor.az-a bildirilib ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırmalarla nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən 20, sərxoş vəziyyətdə avtomobil idarə edən 51, avtoxuliqanlıq edən 13, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən 22 nəfər taksi sürücüsü aşkarlanıb.
 
Həmin sürücülərin sırasında çoxluq təşkil edənlər “Toyota Prius” markalı avtomobil idarə edən şəxslər olublar ki, onların da bir neçəsinin taksi fəaliyyəti adı altında paytaxt ərazisində narkokuryerlik etmələri məlum olub.
 
Bakı şəhərində hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.








Redaktorun seçimi